Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 17 Dec 2025 20:44
Ukrayna prezidenti Volodymyr Zelenski 18-19 dekabr tarixlərində Brüsseldə keçiriləcək Avropa Şurasının iclasında şəxsən iştirak edəcək.
APA xəbər verir ki, Zelenski bu barədə çərşənbə günü jurnalistlərə açıqlaması zamanı danışıb.
Zirvə toplantısında əsas məsələlərdən birinin Belçikanın qarşı çıxmağa davam etdiyi təklif olan dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya təzminat kreditinin ayrılması olacağı gözlənilir.