KİV: Ukrayna müflisləşmə həddinə yaxınlaşıb

Tarix: 17 Dec 2025 22:35

Ukraynanın maliyyə vəziyyəti kritik mərhələyə çatıb. APA xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, Ukraynanın 2026–2027-ci illərdə ümumilikdə 137 milyard avro maliyyə vəsaitinə ehtiyacı olacaq. Qeyd olunur ki, Kiyev bu vəsaiti gələn ilin yazınadək əldə etməlidir.

Agentliyin məlumatına görə, Avropa İttifaqına üzv ölkələr Ukraynanın bu maliyyə ehtiyaclarının qarşılanması üçün zəruri vəsaitlərin tapılması barədə razılığa gəliblər.

Xəbər Lenti