Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 17 Dec 2025 23:27
Birləşmiş Millətlər Təşkilatı ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuela ilə bağlı atdığı addımların, xüsusilə də bu ölkəyə gedən və oradan çıxan neft tankerlərinin blokadaya alınmasının beynəlxalq hüquqa uyğunluğunu araşdırır. APA xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq məlumat yayıb.
Onun sözlərinə görə, hazırda hansı hüquqi normaların tətbiq oluna biləcəyi öyrənilir və mövcud vəziyyət təhlil edilir. Haq vurğulayıb ki, bütün tərəflər BMT Nizamnaməsinə riayət etməlidir.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Venesuelaya gedən və bu ölkədən çıxan sanksiyalara məruz qalmış bütün tankerlərin blokadaya alınması barədə göstəriş verdiyini açıqlamışdı. ABŞ lideri "Truth Social" hesabındakı paylaşımında Venesuela hakimiyyətini “xarici terror təşkilatı” kimi tanıdığını da bəyan edib.