Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 17 Dec 2025 23:57
ABŞ Konqresinin Senatı milyarder Cared Ayzekmanın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib. APA xəbər verir ki, səsvermə C-SPAN telekanalı vasitəsilə yayımlanıb.
Səsvermə zamanı 67 senator Ayzekmanın namizədliyinin lehinə, 30 senator isə əleyhinə səs verib. Bununla da namizədlik təsdiqlənmiş hesab olunub.
Yaxın vaxtlarda Cared Ayzekmanın NASA-nın yeni rəhbəri kimi rəsmi and içəcəyi gözlənilir.
Mənbə: apa.az