Quterreş Maduro ilə regiondakı gərginliyi müzakirə edib

Tarix: 18 Dec 2025 01:47

BMT-nin Baş katibi Antonio Quterreş Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb. APA xəbər verir ki bu barədə Birləşmiş Millətlər Təşkilatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı regionda mövcud olan gərginliklə bağlı olub. Quterreş söhbət zamanı BMT-nin üzv dövlətlərin beynəlxalq hüquqa əməl etməsi, təmkin nümayiş etdirməsi və regional sabitliyin qorunması üçün gərginliyin azaldılması zərurəti ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Xəbər Lenti