Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 18 Dec 2025 02:14
ABŞ Prezidenti Donald Tramp administrasiyası bəzi Rusiya banklarına qarşı tətbiq olunan sanksiyaları müvəqqəti olaraq dayandırıb. APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qərar mülki nüvə enerjisi layihələrində iştirak edən maliyyə qurumlarına şamil olunur.
Lisenziyaya əsasən, aşağıdakı banklarla əməliyyatlara icazə verilib:
“Qazprombank”
“Sberbank”
VTB
“Alfa-Bank”
“Sovkombank”
“Otkritiye” bankı
“Rosbank”
“Zenit” bankı
“Sankt-Peterburq” bankı
Milli Klirinq Mərkəzi
Rusiya Mərkəzi Bankı və digər qurumlar.