Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 18 Dec 2025 04:28
Polşa Soyuq müharibə dövründən sonra ilk dəfə piyada əleyhinə minaların istehsalını bərpa etməyi planlaşdırır.
APA xəbər verir ki bu barədə "Reuters" agentliyinə Polşanın müdafiə nazirinin müavini Pavel Zalyevski məlumat verib. Onun sözlərinə görə, minaların ölkənin şərq sərhədi boyunca yerləşdirilməsi, eləcə də mümkün ixrac istiqamətləri arasında Ukraynanın yer alması nəzərdən keçirilir.
“Qısa müddət ərzində böyük həcmdə mina əldə etməkdə maraqlıyıq”, – deyə o, agentliyə bildirib.
Zalyevski qeyd edib ki, piyada əleyhinə minalar Polşanın Belarusla və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlərinin möhkəmləndirilməsini nəzərdə tutan “Şərq qalxanı” adlı müdafiə proqramının tərkib hissəsi olacaq.