Trampın hədələri fonunda Venesuela hərbi gəmiləri dənizə çıxarıb

Tarix: 18 Dec 2025 04:53

Venesuela neft məhsulları daşıyan tankerlərin müşayiəti üçün hərbi gəmilərini dənizə çıxarıb. APA xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Venesuela hökumətinin bu qərarı ABŞ-la mümkün qarşıdurma riskini artırır. Nəşrin üç mənbəsinin bildirdiyinə görə, çərşənbə axşamı axşam saatlarından çərşənbə səhərinə qədər ölkənin şərq sahillərindən bir neçə gəmi hərbi-dəniz qüvvələrinin müşayiəti ilə dənizə açılıb.

Xəbər Lenti