Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 18 Dec 2025 10:31
Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi Avropa İttifaqı sammitində iştirak etmək üçün Brüsselə səfəri zamanı hava limanında zədələnib.
APA xəbər verir ki, bu barədə Robert Fitso özünün “Facebook” səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, Brüsseldə keçirilən mürəkkəb zirvə görüşü gözlənilməz insidentlə başlayıb. Belə ki, hava limanında nərdivanlı yük maşını təyyarəyə dəyərək onu zədələyib. Nəticədə təyyarə uça bilməyib və Brüssel hava limanında saxlanılmalı olub.
“Brüsseldəki mürəkkəb zirvə görüşü çətin başladı. Hava limanında bir nərdivanlı yük maşını təyyarəmizi zədələdi və onu uça bilməməsinə səbəb oldu və biz onu burada tərk etmək məcburiyyətində qalırıq”, – Robert Fitso bildirib.
Fitso Slovakiya Avropa İttifaqı sammiti