Rusiyanın sərhəd mühafizə qüvvələri Estoniya ərazisinə keçib

Tarix: 18 Dec 2025 13:42

Rusiyanın 3 nəfər sərhəd mühafizəçisi Estoniya ərazisinə daxil olub.

APA “Bloomberg”ə istinadən xəbər verir ki, sərhəd mühafizəçiləri təxminən 20 dəqiqə Estoniya ərazisində qalıblar.

Məsələ ilə bağlı Estoniya və Rusiyanın sərhəd xidməti rəsmilərinin görüşü planlaşdırılır.

Rusiya səfirinin Estoniya Xarici İşlər Nazirliyinə çağırılacağı bidirilib.

Toğrul Quluzadə Rusiya Estoniya sərhəd

Xəbər Lenti