Gürcüstanda zəlzələ olub

Tarix: 18 Dec 2025 13:37

Gürcüstanda 3,4 maqnitudalı zəlzələ baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 13:26-da qeydə alınıb. Zəlzələnin episentri Mtsxeta şəhərindən 5 kilometr qərbdə, Dzeqvi kəndi yaxınlığında olub.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub.

Cəmilə Babayeva Gürcüstan zəlzələ

Xəbər Lenti