Zelenski: Ukrayna nümayəndə heyəti ABŞ-da danışıqlar aparacaq

Tarix: 18 Dec 2025 13:33

Ukrayna təmsilçiləri müharibənin başa çatdırılması planını müzakirə etmək üçün ABŞ-a yola düşərək cümə və şənbə günləri amerikalı rəsmilərlə görüşməyi planlaşdırırlar.

APA “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu planın — 20 bəndin, təhlükəsizlik zəmanətlərinin, bərpa haqqında sazişin, bütün sənədlərin və mümkün addımların müzakirəsinə gəlincə, komandalar görüşəcəklər. Cümə və şənbə günləri bizim komandamız ABŞ-da olacaq”, — Ukrayna Prezidenti deyib.

O qeyd edib ki, sənədin hələ yekun razılaşdırılmış versiyası yoxdur və plan üzərində iş tamamlandıqdan sonra Tramp ilə təmas mümkün ola bilər.

Bundan əvvəl “Politico” yazmışdı ki, həftəsonu Mayamidə ABŞ nümayəndələri ilə Rusiya nümayəndələrinin görüşü gözlənilir.

İlqar Xudiyev Zelenski Sülh planı ABŞ-da danışıqlar

Xəbər Lenti