Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 18 Dec 2025 14:43
Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh Avrasiya İqtisadi İttifaqı çərçivəsində də yeni imkanlar açır.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bu gün brifinqdə bildirib.
“Yadınızdadırsa, avqustun 8-dən sonra bəziləri deyirdilər ki, bu, Rusiyaya qarşı yönəlmiş anti-Rusiya qərarıdır, mən isə dedim ki, yox, Ermənistan-Rusiya münasibətləri üçün də yeni imkanlar açılır. 8 avqust tarixli razılaşmalar nəticəsində indi müstəqil Ermənistanın və Rusiyanın tarixində heç vaxt olmayan bir şey baş verdi: Ermənistan və Rusiya arasında dəmir yolu əlaqəsi var!”, - o qeyd edib.
Avrasiya İqtisadi İttifaqı Paşinyan