Peskov: Putin və Ərdoğan Aşqabadda S-400 məsələsini müzakirə etməyib

Tarix: 18 Dec 2025 14:34

Putin və Ərdoğan Aşqabadda S-400 məsələsini müzakirə etməyiblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Bloomberg Türkiyənin ABŞ-nin təzyiqi ilə S-400 zenit raket kompleksini Rusiyaya qaytarmaq istədiyini və bu məsələnin Rəcəb Tayyip Ərdoğan tərəfindən Aşqabadda Putinlə görüşdə müzakirə olunduğu haqqında məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyənin S-400 raket sistemlərini mümkün qaytarması ilə bağlı vəziyyət Rusiya-Türkiyə münasibətlərinə zərər verməyəcək.

Fərid Əkbərov Putin Ərdoğan Aşqabad S-400 məsələsi

Xəbər Lenti