Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 18 Dec 2025 14:08
Bu gün Parisdə Fransa, Səudiyyə Ərəbistanı və ABŞ-dan olan diplomatlar Livan ordusunun rəhbərliyi ilə müzakirələr aparacaqlar.
APA “Reuters”ə istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu Hizbullahın silahsızlaşdırılması ilə bağlı yol xəritəsinin yekunlaşdırılması olacaq.
Qeyd edək ki, 2024-cü ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs elan olunub.
Livan hökuməti Hizbullahın 2025-ci ilin sonuna kimi silahsızlaşdırılması ilə bağlı öhdəlik götürüb.
Toğrul Quluzadə Livan Hizbullah Fransa ABŞ Səudiyyə Ərəbistanı
Mənbə: apa.az