Təhsilin İnkişafı Fondunun yeni sədri kollektivə təqdim olunub

Tarix: 18 Dec 2025 16:38

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yeni sədri Nicat Məmmədli kollektivə təqdim edilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Nicat Məmmədlini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fondun təhsil sahəsində həyata keçirilən islahatların dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb, prioritet istiqamətlər və əsas hədəflər barədə fikirlərini bölüşüb.

Emin Əmrullayev fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, innovativ təşəbbüslərin dəstəklənməsinin və dövlət–özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Nicat Məmmədli ona göstərilən etimada görə təşəkkür edib, Təhsilin İnkişafı Fondunun fəaliyyətinin inkişafı istiqamətində məqsədyönlü və sistemli işlərin aparılacağını və bunun üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Gülcahan Məmmədova Elm və Təhsil Nazirliyi Emin Əmrullayev Təhsilin İnkişafı Fondu

Xəbər Lenti