Cümə, 19 Dekabr, 2025
Tarix: 18 Dec 2025 16:20
Türkiyə Suriya Demokratik Qüvvələrinə qarşı yeni hərbi əməliyyata başlamaq istəmir, lakin səbri tükənir.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World”ə müsahibəsində deyib.
Nazir bildirib ki, Suriya hökuməti və SDQ arasında martın 10-da əldə olunan razılaşmanın icrası gecikir və qruplaşma bu razılaşmaya gec olmadan əməl etməlidir.
“Biz sadəcə işlərin dialoq, müzakirələr və sülh yolu ilə irəliləməsinə ümid edirik. Hər kəs razılaşmanın heç bir gecikmə olmadan və təhrif olunmadan icra edilməsini gözləyir”, - Hakan Fidan qeyd edib.
Hakan Fidanın bu açıqlamalarından əvvəl Suriya hökuməti SDQ-yə Suriya ordusu ilə inteqrasiya üçün yekun təklif olaraq 13 maddəlik bir plan təqdim edib.
Toğrul Quluzadə Türkiyə Hakan Fidan Suriya Suriya Demokratik Qüvvələri SDQ