Cümə, 19 Dekabr, 2025
Tarix: 18 Dec 2025 17:26
Co Bayden ABŞ prezidenti olarkən ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynanın NATO-ya üzv olmayacağını deyibmiş.
APA xəbər verir ki, Zelenski bu barədə Avropa İttifaqı Şurasındakı çıxışında danışıb.
“Co Baydenlə ilk dialoqumda ondan Ukraynanın NATO-ya qoşulub-qoşula bilməyəcəyini soruşdum. Çünki biz bunu istəyirik və başa düşürük ki, bunlar real təhlükəsizlik zəmanətləridir. Prezident Bayden mənə “Yox, siz NATO-da olmayacaqsınız” cavabını verdi. Mən bu məsələni dəfələrlə qaldırmışam və Ağ Evdə bəzi insanlar mənə gülümsəyiblər, başqa cür reaksiya veriblər”, - Zelenski qeyd edib.
Toğrul Quluzadə Ukrayna ABŞ Zelenski