Türkiyədə saxlanılan Aleyna Tilki və digər məşhur şəxslər sərbəst buraxılıb- YENİLƏNİB

Tarix: 18 Dec 2025 19:40

Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, türkiyəli məşhurlar tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.

***

09.39

Türkiyədə aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki saxlanılıb.

APA TRT “Haber”ə istinadən xəbər verir ki, bununla bağlı İstanbul Respublika Baş Prokurorluğu qərar verib.

Onlar “narkotik vasitələrdən istifadə” maddəsi üzrə ittiham olunurlar.

Ümumilikdə, 10 şübhəli şəxs barəsində tutulma qərarı verilib. Onlardan sosial media fenomeni Cihan Şenözlü, müğənni Yusuf Güney və aktrisa Melisa Döngel axtarılır.

Ökə xaricində olan sosial media fenomenləri Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də saxlanılma qərarı verilib.

Gülcahan Məmmədova İrem Sak Danla Bilic Mümine Senna Yıldız Aleyna Tilki narkotik Türkiyə saxlanılıb

Xəbər Lenti