Cümə, 19 Dekabr, 2025
Tarix: 18 Dec 2025 20:32
Almaniya kansleri Fridrix Merz Belçikanın tələblərini ödəmək və həmçinin Rusiya Mərkəzi Bankının Almaniyadakı dondurulmuş aktivlərindən Ukraynanı dəstəkləmək üçün istifadə etmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat verib.
Avropa Komissiyasının planlarına görə, bu vəsait Ukraynaya növbəti iki il ərzində 90 milyard avroya qədər kredit vermək üçün istifadə edilə bilər. Uzunmüddətli perspektivdə bu rəqəm 210 milyard avroya çata bilər.
Rusiya yalnız başlatdığı müharibədən sonra Ukraynaya təzminat ödədiyi təqdirdə pulunu geri alacaq.