- , 22 Dekabr, 2024
Tarix: 01.01.2024 18:20
Rusiyalı bloqer Anastasiya İvleevanın “çılpaq ziyafət” təşkil edtiyi Moskvanın “Mutabor” klubu tanınmış aparıcını məhkəməyə vermək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.
Sözügedən müəssisə İvleevanı klubun nüfuzuna xələl gətirməkdə ittiham edir və buna görə ondan 70 milyon rubl təzminat tələb etməyə hazırlaşır.
Kanal qeyd edir ki, İvleeva tərəfindən icarə barədə imzalanan müqaviləyə əsasən, bloqer Rusiya qanunvericiliyini pozmamağı, qeyri-normativ leksikadan istifadə etməməyi, eləcə də klubun nüfuzuna xələlgətirəcək fəaliyyətlərən çəkinməyi öhdəlik olaraq qəbul edib.
Məlumata görə, bloqer klubun icarəsi üçün 3 milyon rubl ödəməli idi. Bununla belə, onun hələ bu məbləğin 960 minini ödəmədiyi bildirilir.
Xatırladaq ki, İvleeva dekabrın 20-dən 21-nə keçən gecə Moskvanın “Mutabor” klubunda “Almost naked” adlı şənlik təşkil edib. Şənlikdə iştirak edənlər tədbirə açıq-saçıq geyimlərdə qatılıb. Şənlikdə rusiyalı tanınmış müğənnilər Filipp Kirkorov, Lolita, Dima Bilan, aparıcı Kseniya Sobçak, eləcə də bir neçə tanınmış şəxs iştirak edib. Şənlik ölkədə qalmaqala səbəb olub. Tədbir iştirakçıları və şənliyi təşkil edən bloqer İvleeva ictimaiyyətdən üzr istəyiblər.