Dilan Polat iflic ola bilər

Tarix: 02.01.2024 15:41

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polatın iflic ola biləcəyi ilə bağlı iddialar yayılıb. 

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün öncə Dr. Mazhar Osman Ruh Sağlamlığı və Sinir Xəstəlikləri Təhsil və Araşdırma Xəstəxanasına aparılan Dilan Polatın səhhətindəki problemlər və həbsxana şəraiti səbəbindən iflic ola biləcəyi bildirilib. 

Qeyd edək ki, 2019-cu ildən bəri antidepresan dərman istifadə etdiyi öyrənilən Dilanın dərmanı bitdiyi üçün xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb. 

Xatırladaq ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Xəbər Lenti