Keçmiş həyat yoldaşı ilə barışdı

Tarix: 02.01.2024 23:49

Aylar öncə evlənməyə hazırlaşan, lakin qəfildən sevgilisi aktrisa Aslıhan Gürbüzlə yollarını ayıran İsmayıl Hacıoğlu keçmiş həyat yoldaşı ilə barışıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hacıoğlu 2020-ci ildə boşandığı Duygu Kumarki ilə yenidən bir araya gəlib. Belə ki, 2016-2020-ci illər arasında evil olan cütlük yeni ilə birlikdə qədəm qoyub. Keçmiş sevgililər dodaq-dodağa çəkdirdikləri şəkli paylaşaraq hər kəsi təəccübləndiriblər.

Qeyd edək ki, aktyor İsmayıl Hacıoğlunun Duygu Kumarki ilə evliliyindən bir övladı var. 

Xatırladaq ki, onların dörd illik evliliyinin aktyorun “Çoçuk” serialındakı həmkarı Merve Çağıranla sevgili olduğuna görə bitməsi iddialar yayılmışdı. 

Xəbər Lenti