Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 08:42
ABŞ Prezidenti Donald Tramp mövzusu açıqlanmayan rəsmi bəyanatla çıxış etməyi planlaşdırır. APA xəbər verir ki, çıxış bazar ertəsi, dekabrın 22-də, yerli vaxtla 16:30-da (Bakı vaxtı ilə 00:30, çərşənbə axşamı) baş tutacaq. Tədbirdə ABŞ-ın güc strukturlarının rəhbərləri də iştirak edəcək.
Məlumata görə, Prezidentlə birlikdə Pentaqonun rəhbəri Pit Heqset və ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felan da çıxış edəcəklər.
Qeyd olunur ki, bəyanat Vaşinqtondan deyil, Trampın Florida ştatının Palm-Biç şəhərində yerləşən iqamətgahından veriləcək.
Bildirilib ki, çıxışdan bir saat əvvəl Tramp üçün kəşfiyyat məsələlərinə dair qapalı brifinq keçiriləcək.