Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 11:29
Prezident İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktı Naxçıvanda da icra olunur.
APA-nın yerli bürosu xəbər verir ki, Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin qarışıq rejimli cəzaçəkmə müəssisində həyata keçirilir.
Qeyd edək ki, Naxçıvanda amnistiya aktı 128 məhkuma şamil edilib. Ümumi olaraq, 57 nəfər azadlığa buraxılacaq. Bu gün amnistiya aktı icrasında 15 nəfər azadlığa buraxılır. Bunların 6 nəfəri əcnəbi vətəndaşdır (2 Türkiyə, 2 İran, 2 Türkmənistan vətəndaşı).
Ceyhun Məmmədov Naxçıvan amnistiya aktı




