Ukrayna Rusiya ordusunun Su-27 və Su-30 təyyarələrini məhv edib

Tarix: 22 Dec 2025 11:12

Xüsusi əməliyyat nəticəsində Rusiyanın Lipetsk şəhərindəki hərbi aerodromda Su-27 və Su-30 təyyarələri məhv edilib.

APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi iki qırıcının dəyəri təxminən 100 milyon ABŞ dollarına bərabərdir.

İlqar Xudiyev Su-27 və Su-30 Rusiya Ukrayna

Xəbər Lenti