Şənbə, 17 Yanvar, 2026
Tarix: 22 Dec 2025 12:06
NATO-ya üzv iki ölkənin kəşfiyyat xidmətləri Rusiyanın İlon Maska məxsus “Starlink” peyklərini sıradan çıxartmaq üçün yeni anti-peyk silahı üzərində işlədiyindən xəbər verib.
APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, məqsəd Ukraynaya döyüş meydanında üstünlük qazandıran “Starltink” peyklərinin fəaliyyətini zəiflətməkdir.
Məlumata görə, Rusiya bunun üçün orbitdə dağıdıcı qəlpə buludlarını yarada biləcək döyüş sursatlarını partlatmağı planlaşdırır. Bu, eyni anda bir neçə peyki sıradan çıxara bilər, lakin digər orbitdə olan sistemlər üçün də təhlükə yaradır.
İlqar Xudiyev Rusiya Starlink Ukrayna anti-peyk silahı