İran AEBA direktorunu nüvə təsisatlarına hücumları pisləməyə çağırıb

Tarix: 22 Dec 2025 11:58

İran BMT-ə üzv dövlətləri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) 12 günlük müharibə dövründə özünün nüvə təsisatlarına edilən hücumu qınamağa çağırıb.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi mətbuat konfransındakı çıxışında danışıb.

“İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin (NPT) üzvüdür və öz öhdəliklərinə əməl edib, ən çox yoxlamalara məruz qalan ölkə olub. Buna görə də hər hansı bir böhranın yaranması üçün əsas yoxdur”, – Bəqayi bildirib.

O, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı atdığı addımların hələ də qınanmadığını deyib: “Bu pisləmə BMT-yə üzv dövlətlər və AEBA-nın baş direktoru tərəfindən həyata keçirilməlidir”.

Toğrul Quluzadə İran AEBA Bəqayi

Xəbər Lenti