Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 13:42
Rusiyanın öz ərazisini keçmiş SSRİ-nin Avropa hissəsinə genişləndirmək istəməsi ilə bağlı “Reuters” agentliyinin xəbəri tamamilə yalandır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, “Reuters”in ABŞ kəşfiyyatının iddia edilən hesabatlarına istinadən yaydığı məlumata görə, Rusiya öz ərazisini keçmiş SSRİ-nin Avropa hissəsinə genişləndirmək istəyir və bura, o cümlədən, Baltikyanı ölkələr və bütün Ukrayna ərazisi də aiddir.
Kreml rəsmisi qeyd edib ki, bu cür hesabatlar haqqında məlumatların nə dərəcədə etibarlı olduğu bəlli deyil.
"Həqiqətən də bu məsələ ilə bağlı bəzi dağınıq hesabatlar gördük. Hətta bu doğru olsa belə, kəşfiyyat orqanlarının səhv mühakimələr, tədqiqatlar və nəticələr çıxarmasıdır. Bu, tamamilə həqiqətə uyğun deyil", - Putinin sözçüsü vurğulayıb.
Fərid Əkbərov Rusiya SSRİ Ukrayna