Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 13:18
Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı “- adlı 2-ci cild yeni kitabın Bakı Kitab Mərkəzində elm və təhsil ictimaiyyəti nümayəndələri, paytaxtın ali məktəb tələbələrinin iştirakı ilə ingilis və rus dillərində nəşrlərinin təqdimatı keçirilib.
Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Hər iki nəşr müxtəlif xarici olkələrə, Possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaqdır. Bununla da xaricdəki ingilis və rusdilli auditoriya İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha geniş məlumat alacaqlar.
Bakı Şəhər İcra Hakimiyyəti
