Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 14:06
Bu gün Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə - 31 iyul 2026-cı il tarixinədək uzadıb.
APA xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında məlumat verilib.
"Rusiyaya qarşı sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq olunub və 2022-ci ilin fevralından etibarən Rusiya tərəfindən Ukraynaya qarşı edilən əsassız, qanunsuz və təcavüzkar hərbi əməliyyatlara cavab olaraq əhəmiyyətli dərəcədə genişləndirilib", – deyə bəyanatda qeyd edilib.
İlqar Xudiyev Rusiyaya qarşı sanksiyalar Aİ Ukrayna