Rəsmi Moskva: Aİ və NATO-ya hücum etməyə hazırlaşmadığımızı hüquqi şəkildə təsdiqləyə bilərik

Tarix: 22 Dec 2025 17:25

Rusiya NATO ölkələrinə hücum etməyə hazırlaşmır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Avropada Rusiyadan gələn iddia edilən təhdid bəhanəsi ilə genişmiqyaslı remilitarizasiya proqramları başlanıb.

Ryabkov vurğulayıb ki, Rusiya həmçinin Avropa İttifaqı və NATO-ya hücum etməyə hazırlaşmadığını hüquqi şəkildə təsdiqləməyə hazırdır.

Fərid Əkbərov Rusiya NATO Aİ Ryabkov

Xəbər Lenti