Ukrayna dronları Rusiyanın ən iri neft-qaz terminalından birinə zərbə endirib

Tarix: 22 Dec 2025 18:30

Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın Krasnodar vilyətində yerləşən Qara dəniz hövzəsinin ən iri neft-qaz terminalına zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlimata görə, Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsəinin dronları “Tamannefteqaz” dəniz neft terminalına zərbə endirib. Zərbə nəticəsində neft doldurma terminalının avadanlıq elementləri, mayeləşdirilmiş qaz üçün yanalma qurğusu və liman infrastrukturu zədələnib, genişmiqyaslı yanğına başlayıb.

Baş qərargah boru kəməri, iki yanalma qurğusunun və 1 gəminin yandığını təsdiqləyib.

Bildirilir ki, “Tamannefteqaz” şirkətinin operatoru olduğu “Taman” yük kompleksləri Qara dəniz bölgəsində ən iri komplekslərdən biridir. Neft məhsulları və mayeləşdirilmiş qaz üçün ümumi rezervuar parkının həcmi 1 milyondan kub metrdən çoxdur.

İlqar Xudiyev Rusiya Ukrayna dron hücumu neft-qaz terminalında yanğın

Xəbər Lenti