Putin Rahmona Moskvada 10 yaşlı tacik uşağın qətli ilə bağlı başsağlığı verib

Tarix: 22 Dec 2025 18:27

Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki məktəbdə Tacikistandan olan oğlan uşağının ölümü ilə bağlı Prezident Emaməli Rahmona başsağlığı verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində Tacikistan lideri ilə ikitərəfli görüşündə məlum cinayətə görə məsuliyyət daşıyanların cəzalandırılacağına söz verib.

"Əvvəlcə sizə və bir neçə gün əvvəl vəfat edən Tacikistandan olan oğlanın ailəsinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Uşaqlara qarşı terror hücumları xüsusilə dəhşətli bir cinayətdir və şübhəsiz ki, istintaq sona qədər aparılacaq və məsuliyyət daşıyanlar mütləq tam cəzalandırılacaqlar. Təkrar edirəm, bu cinayətdən sadəcə şoka düşdüm. Artıq dediyim kimi, bu cür cinayətlər ümumiyyətlə ağlasığmazdır, lakin bu cür terror hücumları, xüsusən də uşaqlara qarşı törədildikdə dərin hisslər oyadır. Xahiş edirəm, mərhum oğlanın ailəsinə ən səmimi başsağlığımı çatdırın", - Rusiya Prezidenti vurğulayıb.

Qeyd edib edək ki, dekabrın 16-da Moskva vilayətinin Odintsovo rayonunda yerləşən orta məktəbdə milli-etnik zəmində cinayət hadisəsi baş verib. Məktəbin 9-cu sinif şagirdi Timofey K. həmin məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı milliyyətcə tacik olan Kabilcon Əliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Fərid Əkbərov Putin Rahmon

Xəbər Lenti