Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 18:17
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Suriya Demokratik Qüvvələri (SDQ) 10 mart 2025-ci il tarixində imzalanmış 8 maddəlik razılaşmanın şərtlərini yerinə yetirmədiyi təqdirdə, Türkiyə planlı şəkildə hərəkət edəcəyini bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Çelik Türkiyə Silahlı Qüvvələri mümkün əməliyyatlara tam hazır olduğunu vurğulayıb:
“Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçün hər zaman hazırlığımız var. Ali Baş Komandanımız göstəriş verərsə, ordumuz dərhal əməliyyata hazırdır. Lakin əsas arzumuz buna ehtiyac qalmamasıdır”- deyə o bildirib.
Dəryanur Cəfərova AKP Ömər Çelik Suriya Demokratik Qüvvələri SDQ