Türkiyə nümayəndə heyəti Ermənistanla sərhəddəki Alican keçid məntəqəsini ziyarət edib

Tarix: 22 Dec 2025 18:06

Türkiyənin Iğdır vilayətinin qubernatoru Ercan Turan və digər yüksək vəzifəli məmurları Türkiyə-Ermənistan sərhədindəki Alican keçid məntəqəsini ziyarət ediblər.

APA xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Məlumata görə, yüksək vəzifəli məmurlar sərhəd-keçid məntəqəsinin texniki infrastrukturunun yaradılması və Ermənistan-Türkiyə sərhədinin mümkün açılışı zamanı xidmətlərin göstərilməsi üçün müvafiq tikililərin inşası şərtlərini yerində öyrəniblər.

İlqar Xudiyev Türkiyə Ermənistan sərhəd keçid məntəqələri

Xəbər Lenti