Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır

Tarix: 22 Dec 2025 19:37

Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.

APA xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “X”də bildirib.

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha yeni bir addımın atıldığını qeyd edib.

Sərdar Kılıçın sözlərinə görə, THY 11 mart 2026-ci il tarixindən etibarən hər gün müntəzəm şəkildə İstanbul-İrəvan-İstanbul uçuşlarına başlayacaq.

Firuzə Vahid İstanbul İrəvan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi müntəzəm uçuşlar Türk Hava Yolları THY Sərdar Kılıç Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması

Xəbər Lenti