Panama ABŞ-ın ələ keçirdiyi Venesuela gəmisində öz bayrağının istifadəsini araşdırır

Tarix: 23 Dec 2025 00:43

Panama hökuməti Venesuela sahillərində ABŞ tərəfindən saxlanılan neft tankerlərində Panama bayrağının istifadəsini araşdırır.

APA xəbər verir ki, bu barədə Panamanın xarici işlər naziri Xavyer Martines-Aça milli televiziya kanalına açıqlamasında bildirib.

"Şübhə altında olan gəmilər mövqeləndirmə sistemlərini söndürüblər ki, bu da narahatedici bir əlamətdir. Ad dəyişiklikləri və heyət məlumatlarında uyğunsuzluqlar da qeydə alınıb. Bütün bunlar bizi Panama bayrağının lazımi məsuliyyət daşımadan istifadə edildiyinə inandırır", - o deyib.

O, müəyyən edilmiş pozuntuların ölkə bayrağının mümkün sui-istifadəsini göstərdiyini vurğulayıb və əlavə edib ki, Panama hakimiyyəti beynəlxalq normalara və tətbiq olunan qanunlara uyğun hərəkət edir.

Xəbər Lenti