Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 00:02
İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində jurnalist Emrullah Erdinç saxlanılıb.
APA-nın Türkiyə bürosunun yerli KİV-ə istinadən verdiyi xəbərə görə, Erdinç narkotik maddə istifadəsi və təmin edilməsi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilən yeni əməliyyat dalğası zamanı həbs edilib.
Qeyd edək ki, Türkiyədə bir neçə gün əvvəl eyni ittihamlarla “HaberTürk” kanalının sabiq baş direktoru, jurnalist Mehmet Akif Ersoy və “Show Haber” kanalının aparıcısı Ela Rumeysa Cebeci də saxlanılıblar.
Dəryanur Cəfərova