Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 14:18
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib.
Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram”.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyev