Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 16:38
İordaniyanın Kralı II Abdullah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Zati-alinizin doğum günü münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".
Prezident İlham Əliyev İordaniya Kral II Abdullah təbrik məktub