Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 16:01
Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 14-30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilib. Yoxlama nəticəsində aşkarlanmış nöqsanların ətraflı araşdırılması hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyeva məxsus evdən kollecin balansına aid təsərrüfat texnikaları və komputer tapıldığı iddia edilir.
Gülcahan Məmmədova Qazax Dövlət Sosial-İqtisadi Kolleci yoxlama nöqsan