Şəhid Həsənlə vida mərasimi keçirilir - Fotolar+Yenilənib

Tarix: 05 Jan 2024 11:37

Dünən Laçın rayonunda yol qəzası zamanı həlak olan iki hərbiçimizdən biri Həsən İsmayılov bu gün Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

“Qafqazinfo” xəbər verir ki, hazırda onun yaşadığı evin qarşısında yas çadırı qurulub, dəfninə hazırlıq işləri aparılır. 

Qeyd edək ki, ötən gün xidmət vaxtı həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova şəhidlik statusu veriləcək.

***

Şəhid Həsən İsmayılovla vida mərasimi keçirilir.

Yunis Quliyev

Xəbər Lenti