Bakıda itkinlərlə bağlı keçirilmiş beynəlxalq konfransda qəbul edilən bəyannamə BMT sənədi kimi dərc olunub

Tarix: 24 Dec 2025 10:37

Bakıda itkinlərlə bağlı keçirilmiş beynəlxalq konfransda qəbul edilən bəyannamə BMT-nin rəsmi sənədi kimi dərc olunub.

APA xəbər verir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 9-11 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub və yayılıb.

Bakı itkinlərlə bağlı beynəlxalq konfrans bəyannamə BMT sənədi

Xəbər Lenti