Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 18:07
BMMT-nin Baş katibi Ərgüc Kələntərli Rusiyaya səfər edib.
APA xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirliyinin yaradılmasının 35-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Rusiya Federasiyasına rəsmi səfərə gedib.
Səfər çərçivəsində 24 dekabr tarixində Baş katib Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.
Görüş zamanı BMMT ilə Rusiya Federasiyası arasında əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Mülki müdafiə, fövqəladə hallara hazırlıq və cavab tədbirləri, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılması sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib. Baş katib BMMT-yə göstərilən dəstəyə və mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətə görə minnətdarlığını ifadə edib. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Görüş zamanı, həmçinin, BMMT ilə Rusiya Federasiyası arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunulub.
BMMT Ərgüc Kələntərli Şoyqu