Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 06 Jan 2024 00:11
Xəbər verdiyimiz kimi, yanvarın 4-ü Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan 2 hərbçimizdən biri İsmayılov Həsən ötən gün Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, dəfn mərasimində şəhid gizirin tabutunu onun həyat yoldaşının daşıması diqqət çəkib.
İctimai Televiziyasının lentə aldığı təsirli görüntüləri təqdim edirik:
Xatırladaq ki, xidmət vaxtı həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova şəhidlik statusu veriləcək.