Çərşənbə, 6 May, 2026
Tarix: 06 Jan 2024 15:13
"İlm-Learn" Beynəlxalq Təhsil Mərkəzində elmi konfrans keçirilib.
APA xəbər verir ki, konfransı giriş sözü ilə açan Mərkəzin direktor müavini Ruhiyyə Əliyeva Azərbaycanda elmin inkişafı üçün atılmış addımlardan danışıb. Bildirib ki, əsrlər boyu Azərbaycan alimləri apardıqları elmi kəşflərlə bəşəriyyətin inkişafına öz töhfələrini veriblər.
"İlm-Learn" Beynəlxalq Təhsil Mərkəzi Elm və Təhsil Nazirliyinin rəsmi lisenziyalı əlavə təhsil mərkəzidir. Burada 10 minlərlə müəllimə təlim keçirilib və bu səbəbədən də Nazirlik tərəfindən təltif olunmuşuq. Mərkəzimiz eyni zamanda Türkiyənin Elm və Təhsil Nazirliyinin rəsmi tərəfdaşıdır. Burada Türkiyənin ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilir. "İlm-Learn" Beynəlxalq Təhsil Mərkəzində online şəkildə Böyük Britaniyanın tam təhsil proqramı olan "A-level" proqramın, həmçinin İsveçrənin İB tam təhsil proqramı tədris edilir. Mərkəzdə şagirdlər əlavə fənnlərlə yüklənmədən, seçdikləri ixtisaslar üzrə hazırlaşdırılır, müxtəlif dillər üzrə dərslər keçirilir. Yaxın vaxtlarda Bakının müxtəlif yerlərində mərkəzin filiallarının açılması nəzərdə tutulur" - deyə o bildirib.
Tədbirdə çıxış edən AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, ərəbşünas alim, filologiya elmləri üzrə fəlsəfə doktoru Mahir Həmidov ölkəmizin Şərq-Qərb mədəni qovşağında yerləşdiyi üçün həm Şərqdə, həm də Qərbdə baş vermiş fəlsəfi cərəyanlarının təsdirinin böyük olduğunu qeyd edib. Alim XX əsrin əvvəllərində ərəb dünyasında baş verən inkişafdan, ərəb məhcər (mühacirət) ədəbiyyatından bəhs edib.
O vurğulayəb ki, ərəb məhcər ədəbiyyatına ən böyük töhfə vermiş şair, filosoflardan biri əslən livanlı olan, Çar Rusiyasında təhsilini davam etdirən və daha sonra ABŞ-a hicrət etmiş Mixail Nuaymə olub. Onun ruh barədə fəlsəfi fikirləri həm şərq, həm də qərb filosoflarının diqqətini cəlb edib.
"Varlığın birliyinin ideyasına inanmış şair həm sufilərlə, həm də mistik cərətanlarla təxminən eyni qiraətləri paylaşır. Şair özünü başqa varlıqlardan ayrı görmür, həyatının digər canlılarla əlaqəli olduğuna, bu aləm içərisində vəhdətin mövcudluğuna, bütün yaradılmışların bir tam, bütünlük təşkil etdiyinə inanır" - deyə o qeyd edib.
Tədbirdə həmçinin AMEA Coğrafiya İnstitutunun dissertantı, Odlar Yurdu Universitetinin “Beynəlxalq münasibətlər və Turizm” kafedrasının baş müəllimi Elxan Əliyev, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimi, tarix üzrə fəlsəfə doktor Fariz Xəlilli, texnika elmləri üzrə fəlsəfə doktoru Qabil Rzayev, psixoloq Zümrüd Əsədova, Azərbaycan Elm Assosiasiyasının həmtəsisçisi, ADA Universitetinin müəllimiİnqilab Şahbazov, Xəzər Universiteti Ətraf Mühitin Tədqiqi Mərkəzinin Direktoru, Su ehtiyatları və hidrologiya üzrə doktor Rövşən Abbasov, Könül Hüseynova və Ofeliya Qafarova müxtəlif mövzularda çıxış ediblər.







