“Biznes demoqrafiyası”na dair informasiya ehtiyatı yaradılacaq

Tarix: 25 Dec 2025 13:32

“Biznes demoqrafiyası”na dair informasiya ehtiyatı yaradılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Statistika Komitəsi İqtisadiyyat Nazirliyi ilə 2027– 2030-cu illər ərzində “Biznes demoqrafiyası”na dair yaradılacaq informasiya ehtiyatının texniki şərtlərinin və proqram təminatının hazırlanması, “Biznes demoqrafiyası”na dair informasiya ehtiyatının istifadəyə verilməsini və “Biznes demoqrafiya”sı sahəsində dinamikanın izlənilməsi və istifadəçilərin təhlil imkanlarının genişləndirilməsini təmin etməlidir.

Firuzə Vahid Biznes demoqrafiyası informasiya ehtiyatı Dövlət Statistika Komitəsi

Xəbər Lenti