Zaxarova: Rusiya İrəvan–Bakı dialoqunda irəliləyiş görür

Tarix: 25 Dec 2025 18:29

Moskva İrəvan-Bakı dialoqunda müsbət dinamika görür.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, region daxilində əlaqələrin qurulması və bərpası müşahidə olunur.

Zaxarova qeyd edib ki, Rusiya nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesini, o cümlədən Azərbaycan vasitəsilə Ermənistana Rusiya taxılının tədarükünün davam etdirilməsini alqışlayır: “Bu, "3+3" formatının inkişafının aktuallığını təsdiqləyir. Moskva həmçinin gürcü həmkarlarını bu platformanın iclasında görmək istərdi".

Fərid Əkbərov Azərbaycan Ermənistan Rusiya İrəvan-Bakı dialoqu Zaxarova Moskva Rusiya "3+3" formatı

Xəbər Lenti