Aygün Bəylər vəfat etdi

Tarix: 06 Jan 2024 21:09

Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Aygün Hümmətova (Bəylər) ölüb.

Bu barədə “Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir.

“Özün günahkarsan”, “Ana”, “Küsmə gəl” mahnılarının ifaçısı olan müğənni “Tut ağacı”  mahnı ilə məhşurlaşıb.

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzunsürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Xəbər Lenti